3 C
Baku
Saturday, December 14, 2024

Türkiyədə inflyasiya proqnozları üstələyib

Türkiyədə bu ilin fevral ayında istehlak qiymətləri indeksi illik müqayisədə 0,81% artım göstərib. “Bloomberg” agentliyinə istinadən xəbərə görə, daxili istehsal qiymətləri indeksi fevralda 1,26% artıb. Beləliklə, illik inflyasiya 10,13%, daxili istehsal inflyasiyası isə 15,36% təşkil edib. Qeyd edək ki, inflyasiya proqnozları aylıq 0,48%, illik isə 9,74%-ə bərabər olub. Xəbərin açıqlanması Türkiyədə dolların məzənnəsinin artmasına səbəb olub. Belə ki, səhər 3,71 TRY/USD olan dollar, hazırda 3,75 TRY/USD səviyyəsinə yaxınlaşıb. Gündəlik artım isə hələlik 0,47% təşkil edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər