Türkiyədə istehlak qiymətləri indeksi bir qədər də artaraq proqnozları üstələyib.
Bu barədə Banker.az Türkiyə Statistika İdarəsinə istinadən xəbər verir.
Qeyd edilir ki, iyun ayındakı illik inflyasiya 78.62% təşkil edib. Birjalar isə bunun 78.35% olacağını proqnoz edirdi.
May ayında illik qiymət artımı indeksi 73.50% idi.
Bu da 1998-ci ilin üçüncü rübündən bu tərəfə maksimal göstəricidir.