13 C
Baku
Monday, November 3, 2025

Türkiyədə inflyasiyanın 2025-ci ilin sonuna qədər 30%-ə enəcəyi gözlənilir

Türkiyə hökuməti 2025-ci ilin sonuna qədər inflyasiyanın 30%-ə qədər azalacağını gözləyir. Bu barədə ölkənin vitse-prezidenti Cevdət Yılmaz “Prime” agentliyinə açıqlama verib.

Türkiyə Statistika İnstitutunun hesabatına əsasən, sentyabr ayında illik inflyasiya 33,29% təşkil edib. Avqustda bu göstərici 32,95% olub.

“Gələn il üçün hədəf 20%-dən aşağı, 2027-ci ilə qədər isə təkrəqəmli göstəricilərə çatmaqdır”, – deyə Yılmaz bildirib.

Sentyabr ayında Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 43%-dən 40,5%-ə endirmək qərarı verib. Eyni zamanda, tənzimləyici birgünlük kreditlər üzrə faiz dərəcəsini 46%-dan 43,5%-ə salıb.

İyun ayında bildirilmişdi ki, Türkiyədə illik inflyasiya 35,4%-ə qədər yavaşlayıb. İllik ifadədə ən yüksək qiymət artımı təhsil sahəsində (71,67%), mənzil sektorunda (67,43%) və səhiyyə sahəsində (40,12%) qeydə alınıb. Qida, alkoqol, tütün, otel və nəqliyyat sektorlarında isə qiymətlər il ərzində 26–36% aralığında artıb.

Son xəbərlər
Digər xəbərlər