14 C
Baku
Friday, November 22, 2024

Türkiyədə “Instagram” bərpa olunub

Türkiyədə “Instagram” blokdan çıxarılıb, bu barədə ölkənin Nəqliyyat Nazirliyinin rəhbəri Abdulkadir Uraloğlu bildirib, Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir.

Nazirin sözlərinə görə, “Instagram” Türkiyə hökumətinin bütün tələblərini təmin etməyə və senzura ilə bağlı əməkdaşlıq etməyə razılaşıb.

Xatırladaq ki, Türkiyədə “Instagram” 2 avqust 2024-cü ildə bloklanıb. Türkiyə hakimiyyəti sosial şəbəkənin yerli qanunvericiliyi pozduğunu izah edib. “Reuters” və “Bloomberg” etiraf edib ki, bloklamaya səbəb sosial şəbəkənin siyasi nəşrlərə senzura tətbiq etməsi olub/

Avqustun 9-da Uraloğlu bildirib ki, ölkə hakimiyyəti sosial şəbəkə ilə “sıx təmasdadır” və bloklanma məsələsini həll etməyə ümid edir.

Son xəbərlər
Digər xəbərlər