Türkiyədə iri bank yaradılacaq. Trend-in “Kanal7” telekanalına istinadən verdiyi məlumata əsasən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, yeni bankın nizamnamə kapitalı 10 milyard dollar olacaq: “Yeni bank Türkiyədə ən iri bank olacaq və bir sıra ölkələrdə törəmə filialları yaradılacaq“.
Bununla belə, Prezident yaradılması cari ilə planlaşdırılan yeni bankın adını açıqlamayıb.