6 C
Baku
Sunday, December 15, 2024

Türkiyədə koronavirusdan ölənlərin sayı 1 000-i ötdü

Türkiyədə daha 98 nəfər pandemiyanın qurbanı olub.

Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 1 006 nəfərə çatıb.

“Bu gün 30 864 test keçirilib, 4 747 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 47 029 nəfərdir. Bu gün daha 281 pasiyent sağaldı, ümumi say 2 423 nəfərdir”, – nazir deyib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 652 000-i ötüb. Bunların 369 927 nəfəri sağalıb, 100 371 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Report

Son xəbərlər
Digər xəbərlər