3 C
Baku
Saturday, December 14, 2024

Türkiyədə kredit kartlarının faiz dərəcəsi azaldıldı

Türkiyə Respublika Mərkəz Bankının almış olduğu qərara görə, kredit kartlarında maksimum faiz dərəcəsi endirildi.

Banker.az xəbər verir ki, qərar Rəsmi Qəzetdə yayımlanıb.

Qərarda bildirilir ki, Türk lirəsi ilə kredit kartı əməliyyatlarında tətbiq ediləcək ən yüksək aylıq müqavilə faiz dərəcəsi 1,25 faiz (əvvəllər 1.40 faiz), xarici valyutada kredit kartı əməliyyatlarında tətbiq ediləcək ən yüksək aylıq müqavilə faiz dərəcəsi 1,00 faizdir (əvvəlki 1,12 faiz)

Türk lirəsi ilə kredit kartı əməliyyatlarında tətbiq ediləcək maksimum aylıq gecikmə faiz dərəcəsi 1,55 faizdir (əvvəlki 1.70 faiz). Xarici valyuta ilə kredit kartı əməliyyatlarında tətbiq ediləcək maksimum aylıq faiz dərəcəsi 1,30% olub. (əvvəlki 1,42%)

Qeyd edək ki, qərar 1 aprel 2020-ci ildə qüvvəyə minəcək.

Son xəbərlər
Digər xəbərlər