Türkiyə kriptovalyuta bazarı ilə bağlı tənzimləyici və nəzarət tədbirlərini sərtləşdirməyi planlaşdırır.
Müvafiq təkliflər bu gün Türkiyə Böyük Millət Məclisinin iclasında baxılacaq “Türkiyənin maliyyə bazarları haqqında qanunda dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə görə, bundan sonra kriptohesablar üçün xidmətlər yalnız Türkiyə Maliyyə Bazarlarına Nəzarət Qurumunun (SPK) rəsmi icazəsi ilə həyata keçiriləcək.
Qanunun tələblərinə məhəl qoymayan fiziki və hüquqi şəxslər yeni qaydalar çərçivəsində maksimum dərəcədə məsuliyyətə cəlb olunacaq. Onları 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası və ya külli miqdarda cərimələr gözləyir.
Eyni zamanda, kriptovalyuta bazarında dövlətin məlumatı ilə fəaliyyət göstərən bütün fiziki şəxslər və təşkilatlar hər il may ayının sonuna qədər illik mənfəətin bir faizini SPK-nın, eyni məbləği Türkiyə Elmi və Texniki Araşdırmalar Şurasının (TÜBİTAK) büdcələrinə ödəməli olacaqlar.
Ölkə qanunvericiliyinə edilən dəyişikliklərin qüvvəyə minməsindən üç ay sonra Türkiyədə kripto-aktiv xidmətləri göstərən bütün xarici şəxslərin və qurumların fəaliyyəti qadağan ediləcək.