Türkiyənin Muğla bölgəsinin Marmaris rayonunda baş verən meşə yanğını nəzarət altına alınıb.
Bu barədə jurnalistlərə açıqlamasında Kənd təsərrüfatı və meşə naziri Vahit Kirişçi məlumat verib.
Nazir qeyd edib ki, soyutma işləri gün ərzində və önümüzdəki günlərdə davam edəcək. O, insan tələfatı olmamasını ən böyük təsəlli adlandırıb.