Türkiyədə 2022-ci ildə minimum əməkhaqqı 4 min 250 lirə olaraq tətbiq olunacaq.
Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Minimum əməkhaqqının müəyyənləşdirilməsi üzrə komissiyanın iclasında deyib.Bu gün keçirilən 4-cü iclasla yekun mərhələyə çatıb. Komissiya əmək və sosial müdafiə nazirliyimizə minimum əməkhaqqının 4 min lirədən yuxarı olması ilə bağlı rəy verib”, – Ərdoğan bildirib.
Prezident əlavə edib ki, bu rəqəm işçinin evli olub-olmamasından və uşaqlarının sayından asılı olaraq dəyişəcək:
“Minimum əməkhaqqı artımı 50 faiz təşkil edib. Yeni minimum əməkhaqqının işçilərimizə, işəgötürənlərimizə və ölkəmizə xeyirli olmasını arzu edirəm”.