10 C
Baku
Tuesday, November 26, 2024

Türkiyədə oxumağa gedənlərin nəzərinə – Təhsil haqqı bahalaşdı

Türkiyə universitetləri qabaqcıl təhsil imkanlarına görə dünyada daima öndə gələn ölkələrdən olub.
Eyni zamanda illik təhsil haqqının və yaşam xərclərinin münasib olması, tələbələrin məzun olduqdan sonra geniş iş imkanlarının olması isə illərdi xaricdən çox sayda tələbə olmaq istəyənlərin gəlməsi müşahidə olunur.

Faktor.az məlumat verir ki, Türkiyə universitetlərinə müraciətlərin artdığı bir vaxtda İnternet media və xaricdə təhsil eksperti Mikayıl Mirzəzadənin sözlərinə görə bütün dövlət universitetlərində illik təhsil haqqı 3 dəfədən çox artırıb.

Qəbulunu həyata keçirdiyimiz tələbələr üçün illik təhsil haqqı 200 dollara yaxın hesablanmışdısa müraciət edən tələbələr 600 və daha çox olduğu bildirilib.
Mikayıl Mirzəzadə məsələ ilə bağlı Türkiyə universitetləri ilə əlaqə saxladıqda məlum oldu ki, bütün universitetlərə illik təhsil haqqının qaldırılması ilə bağlı müvafiq əmr verilib. 50 dollardan başlayan təhsil haqqı olan universitetlər belə artıq 300 dollar dəyərində minimum təhsil haqqı müəyyən olunub.
Bir çox universitetlərdə isə təhsil haqqları 800 dollardan çox olduğu açıqlanıb. Keçən il və ondan əvvəl ki il tələbələrinə şamil olmayacağı nəzərdə tutulur.
Mikayıl Mirzəzadənin sözlərinə görə bu, Türkiyəyə gedən böyük tələbə axınını az da olsa azaltmaq üçün nəzərdə tutulub, çünki Türkiyəyə müraciətlər həddindən artıq çoxdu və universitetlərə dünyanın bir çox ölkəsindən gələn tələbələri yerləşdirməkdə çətinlik çəkirlər eyni zamanda Türkiyənin hazırda olan xarici borcu və iqtisadiyyatının zəifləməsi büdcədən təhsil mərkəzlərinə ayrılan pul vəsaitini azaltma istəkləri labud haldır.
Azərbaycandan da ən çox xaricə təhsil almağa gedərkən məhz ağıllara birinci Türkiyə gəlir. ilk öncə Azərbaycan və Türkiyənin qardaş ölkə olaması daha sonra isə dil, din və milli mənəvi dəyərlərimizin yaxın olması ora gedən tələbələrə rahatlıq yaradır.
Lakin İllik təhsil haqqlarının artması Azərbaycandan Türkiyəyə təhsil almağa gedəcək olan şəxslərin azalacağını düşünmürəm, çünki Azərbaycan da illik təhsil haqqları həddindən artıq yüksəkdi, tələbə şəhərciyi demək olar yox səviyyəsindədi və ən əsası tələbələrin məzun olduqdan sonra aldığları təhsilin karyera imkanında heç bir rol oynamayacağını və sadəcə diplom almağ xatirinə universitet oxuduqları bəllidir.
Azərbaycan universitetlərindən işsiz məzunların çox olması, iş yerlərinin xaricdə təhsilini tamamlamış məzunlara üstünlük verməsi isə Azərbaycan təhsilinin hansı vəziyyətdə olduğunu göstərir.

Son xəbərlər
Digər xəbərlər