Türkiyədə son illər artan qadın cinayətlərinin qarşısının alınması məqsədilə “Qadınlara Dəstək” (KADES) mobil tətbiqi hazırlanıb.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Təhlükəsizlik İdarəsindən bildirilib.
Qeyd edilib ki, hazırda cəmiyyətdə tanınması işləri aparılan yeni mobil tətbiq artıq 350 mindən çox vətəndaş tərəfindən telefona yüklənib. Bu günədək yeni vasitə ilə polisə şikayət edənlərin sayı isə 160 mindən çoxdur.
Bundan əlavə, ölkədə qadına qarşı zorakılıq hallarının qarşısını almaq məqsədilə üç ay ərzində 60 min polis xüsusi hazırlıq keçəcək.
©Azərtac