Türkiyədə qurulması planlaşdırılan təbii qaz mərkəzi ilə bağlı qərarın 2023-cü ildə qəbul edilməsi gözlənilir.
Bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak Rusiya dövlət televiziyasına verdiyi açıqlamasında bildirib.
Onun sözlərinə görə, “Qazprom” rəsmiləri Türkiyədə təbii qaz paylama mərkəzinin yaradılması üçün Türkiyə səlahiyyətliləri ilə görüşüb: “Türkiyədəki bu mərkəz qiymət mexanizmi üçün lazımi alətləri təmin edə bilər”.
Xatırladırıq ki, Türkiyədə qaz mərkəzinin yaradılması təklifini Rusiya prezidenti Vladimir Putin təklif edib. Onun türkiyəli həmkarı Rəcəb Tayib Ərdoğan isə, artıq mərkəzin yaradılması ilə bağlı işlərin başladığını bəyan edib.