5 C
Baku
Wednesday, January 15, 2025

Türkiyədə qurulan Azərbaycan şirkətlərinin sayı azalıb

Bu ilin yanvar-avqust ayında Türkiyədə Azərbaycan kapitalı ilə 136 şirkət qeydiyyata alınıb.

Banker.az bu barədə  TurkicWorld-ə istinadən xəbər verir ki, bu  2023-cü ilin eyni dövrü ilə müqayisədə 48 şirkət azdır.

Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 151 milyon 240 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 210 milyon 960 min türk lirəsi təşkil edib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-avqust ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (118) qeydiyyata alınıb.

İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 92 milyon 410 min türk lirəsi təşkil edib.

 

Son xəbərlər
Digər xəbərlər