10 C
Baku
Wednesday, December 11, 2024

Türkiyədə sürətli hədəf təyyarəsi istehsal ediləcək

ANKA-3 insansız döyüş təyyarəsinin qanadları altına bərkidiləcək “Şimşək” yüksək sürətli hədəf təyyarəsinin yeni versiyası hazırlanır.

Bu barədə Türk Aviasiya və Kosmik Sənaye (TUSAŞ) şirkətinin insansız hava vasitələri mühəndisliyi üzrə direktoru Bülent Korkem məlumat verib.

Bülent Korkem bildirib ki, ortaya çıxan platforma sanki “Şimşəy”in böyük qardaşı” kimi olacaq. O, yeni təyyarəyə “Super Şimşək” adını verdiklərini qeyd edib.

Korkemin sözlərinə görə, “Super Şimşək” ilk növbədə hədəf təyyarəsi olacaq, ardınca isə saxta hədəf və hücum məqsədli, döyüş sursatlarına malik olan yeni versiyaları hazırlanacaq.

Döyüş sursatlarına malik olan versiyalarda fərqli formalarda başlıqlardan istifadə ediləcək. “Buna görə də “Super Şimşək” hava-yer, hava-hava hücum missiyalarını yerinə yetirəcək, üzərinə öz imkanları daxilində elektron döyüş sistemləri quraşdırılacaq və yerdəki düşmən sistemlərini aşkar edib hücum gerçəkləşdirə biləcək. 700 kilometrdən çox məsafə qət etməsini gözləyirik”, – deyə o vurğulayıb.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər