8 C
Baku
Friday, December 13, 2024

Türkiyədə turizm mövsümünün açılışı mayın sonunadək təxirə salına bilər

Türkiyədə bu il turizm mövsümünün başlanması koronavirusun yayılması ilə əlaqədar may ayının sonunadək təxirə salına bilər.

“CNN Türk”verdiyi məlumata görə, bu proqnozla Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy çıxış edib.

“Bizim proqnozlarımız göstərir ki, turizm mövsümünün başlanğıcı may ayının sonunadək təxirə salına bilər. Mövcud vəziyyət bunu göstərir”, – deyə nazir bildirib.

Onun sözlərinə görə, bu il Türkiyənin ən azı 58 mln turist qəbul edəcəyi gözlənilir.

Qeyd edək ki, martın 11-də M. N. Ersoy hotelçilərə turizm mövsümünün başlanmasını martın sonundan aprelin sonunadək təxirə salınması ilə bağlı tövsiyələrini verib. Belə bir tövsiyə yeni növ koronavirusun yayılmasına qarşı görülən tədbirlərdən biri kimi səsləndirilib.

©APA

Son xəbərlər
Digər xəbərlər