9 C
Baku
Sunday, December 21, 2025

Türkiyədə turizmdən əldə edilən gəlir 64 milyard dolları ötəcək

Bu ilin yanvar–sentyabr ayları ərzində Türkiyə turizmdən 50 milyard dollar gəlir əldə edib. Ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artım təşkil edən bu rəqəm bütün dövrlərin 9 aylıq gəlir rekordunu yeniləyib.

Bunu Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy açıqlayıb.

Nazir bildirib ki, son rübün göstəriciləri də olduqca müsbətdir. İlin sonu turizmdən əldə edilən gəlir hədəflənən 64 milyard dolları ötəcək.

O qeyd edib ki, bununla bağlı təxminən 200 ölkədə tanıtım fəaliyyətləri həyata keçirilir, mədəniyyət sahəsində də cümhuriyyət tarixində ilk dəfə reallaşdırılan işlər var və sahə üzrə ard-arda yeni rekordlar qırılır.

Son xəbərlər
Digər xəbərlər