Əcnəbilərin Türkiyə vətəndaşlığına qəbulu qaydalarına dəyişiklik edilib.
Bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb.
Sənədə əsasən, Türkiyə vətəndaşlığına qəbul olmaq üçün əsas müddəa və meyarlar aşağıdakı kimi müəyyənləşdirilib:
1. Qiyməti 250 min ABŞ dollarından başlayan daşınmaz əmlakın alınması;
2. Banka 500 min dollar əmanət qoyulması;
3. 500 min dollar dəyərində qiymətli kağızların alınması;
4. 500 min dollar məbləğində dövlət istiqrazlarının alınması;
5. 500 min ABŞ dollarına investisiya fondlarının səhmlərinin alınması;
6. 50 iş yeri açmaq.
Bu müddəa və meyarlardan ən azı birinə əməl edənlərə avtomatik olaraq Türkiyə vətəndaşlığı veriləcək.