19 C
Baku
Sunday, May 19, 2024

Türkiyədə yanmayan meşələrdə otellər tikiləcək

Meşədə otel tikmək istəyən türk investorların ağacları kəsə biləcəyi sahələri göstərən peyk fotoşəkilləri ortaya çıxıb.

Banker.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi otellərin inşası üçün yanğından təsirlənməyən canlı meşə sahələrini turizmə açıb.

Nazirlik Artvin, Bursa, Qars, Kütahya, Mersin, Ordu və Uşakda qiymətsiz meşə sahələrinin, 4-5 ulduzlu otellərin inşası üçün tender elan edib.

Meşə ərazisində tikiləcək otel və obyektlərin qiymətini ödəmək şərtilə ağaclar kəsiləcək.Ağacları kəsən investorların, kəsdikləri meşə sahəsinin üç qatını və bu meşəlik ərazinin üç illik baxım xərclərini Meşə Təsərrüfatı Baş İdarəsinə ödəmələri kifayətdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər