5 C
Baku
Wednesday, January 15, 2025

Ərdoğan yeni ədliyyə naziri təyin edib

Ədliyyə naziri Abdulhamit Gül vəzifəsindən azad edilib.

Bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı “Rəsmi qəzet”də dərc olunub.

Abdulhamit Gülün yerinə Bekir Bozdağ təyin olunub.

Qeyd edək ki, 57 yaşlı Bekir Bozdağ ədliyyə naziri (2015-2017), Baş nazir müavini (2017-2018), həmçinin müxtəlif illərdə Türkiyə Böyük Millət Məclisində Ədalət və İnkişaf Partiyasının deputatı olub.

 

 

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər