Türkiyənin zəlzələ baş verən ərazilərində yenidən şiddətli yeraltı təkanlar olub.
Zəlzələ Bakı vaxtı ilə 14:30 radələrində qeydə alınıb.
İlkin məlumata görə, yeraltı təkanlar 7.8 bal gücündə olub.
Zəlzələ ölkənin bir çox bölgəsində hiss edilib.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.7 bal gücündə zəlzələ olub. Nəticədə 912 nəfər ölüb, 5385 nəfər yaralanıb. 1710 bina dağılıb.