Türkiyənin Avtomobil Müəssisələri Qrupuna (TOGG) ölkənin Bursa şəhərinin Gemlik rayonunda avtomobil zavodu inşası üçün tələb olunan ətraf mühitə təsirin qiymətləndirilməsi icazəsi verilib.
Bu barədə TOGG-dan bildirilib. İllik istehsal gücü 175 min avtomobil olacaq zavodda hamısı elektriklə işləyən olmaqla 5 fərqli model istehsal ediləcək.