Türkiyənin Kahramanmaraş bölgəsində zəlzələdən zərər çəkmiş əyalətlərdə tikilməkdə olan polad kənd evləri fevralın 6-dan vətəndaşlara təhvil verilməyə başlayacaq.
Bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki “X” hesabında paylaşım edib.
“Polad kənd evlərimizin təhvil verilməsinin ilk mərhələsinə başlayırıq. Son 6 gün”, – o yazıb.