10 C
Baku
Friday, December 13, 2024

Türkiyədə zəlzələ nəticəsində dağılan binalarla bağlı istintaq başladılıb

Türkiyədə zəlzələ nəticəsində dağılan binalarla bağlı istintaq başladılıb.

Bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib.

O bildirib ki, sübutların toplanılması, məsul şəxslərin müəyyənləşdirilməsi və hakim qarşısına çıxarılması üçün böyük səy göstərilir:

“Həmin şəxslərin saxlanılması və ya tapılmadığı təqdirdə həbs qərarının çıxarılması, xaricə çıxış qadağalarının qoyulması istiqamətində bütün addımlar atılır. Respublika Baş Prokurorluğunun bu istiqamətdə xüsusi təlimata ehtiyacı yoxdur. Bu, onların vəzifəsidir.

Hər hansısa sübutun gizlədilməsinə icazə verilmir və verilməsi mümkün də deyil. İctimaiyyətdə sanki məsul şəxslərlə bağlı lazımi addımların atılmadığına dair fikirlər yayılır. Bu, doğru deyil. Hansı binanı kimin tikdiyi araşdırılmalıdır ki, bununla bağlı addımlar atılsın. Həmin şəxslərin ədalət qarşısında cavab verməsi təmin ediləcək”.

Nazir həmçinin qeyd edib ki, zəlzələdən sonra bölgədə oğurluq halları az da olsa qeydə alınır:

“Bu istiqamətdə də müvafiq qurumlar tərəfindən tədbirlər görülür. Digər tərəfdən, fövqəladə vəziyyətlə bağlı qərara lazımi düzəlişlər ediləcək. Növbəti qərarda bunlar öz əksini tapacaq”.

Son xəbərlər
Digər xəbərlər