23 C
Baku
Thursday, April 25, 2024

Türkiyədə zəlzələdə ölənlərin sayı 17 134 nəfərə çatıb – Yenilənib

22:13 – Türkiyədə zəlzələdə ölənlərin sayı 17 134 nəfərə çatıb


19:52 – Türkiyədə zəlzələdə 4 Azərbaycan vətəndaşı həlak olub

1980-ci il təvəllüdlü Bünyatova Nailə Aydın qızı

1973-cü il təvəllüdlü Məmmədova (Ökten) Rəna Xudaverdi qızı

1975-ci il təvəllüdlü Məmmədova Sevinc Eldar qızı

1976-cı il təvəllüdlü Karlı Leyla Vahid qızı


17:52 – Zəlzələdən ölənlərin sayı 16 170, yaralıların sayı 64 194 nəfər olub.

 

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

 


17:32 


15:56
Kahramanmaraş, Hatay, Osmaniye, Qaziantep…
10 əyaləti əhatə edən 7,7 və 7,6 bal gücündə zəlzələlərin yaratdığı dağıntılar peyk görüntülərində əks olunub.

15:52 – Şimali Kipr Türk Respublikasında Türkiyədə baş vermiş dağıdıcı zəlzələ ilə bağlı 7 günlük milli matəm elan olunub.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Türkiyə XİN rəhbəri həmrəyliyə görə Şimali Kiprə təşəkkür edib.

Nazir qeyd edib ki, Türkiyədə baş verən zəlzələdən sonra Şimali Kipr axtarış-xilasetmə işlərində aktivlik nümayiş etdirir.


15:30 – Türkiyədə zəlzələdə ölənlərin sayı 14 351, yaralananların sayı isə 63 794 nəfərə çatıb.

Bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.


14:26 – “14 min 14 nəfər zəlzələ nəticəsində həlak olub”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantepdə çıxışında deyib.

O bildirib ki, 64 794 isə yaralanəb: “Axtarış- xilasetmə tədbirləri davam edir”.


13:58 – “AFAD”ın məlumatına görə, Türkiyənin zəlzələ baş vermiş əyalətlərindən biri olan Kilisdə də axtarış-xilasetmə işləri yekunlaşıb.

Qeyd olunub ki, sözügedən ərazidə çalışan qruplar dərhal axtarış-xilasetmə işlərinin aparıldığı digər vilayətlərə göndərilib.


13:08 – “AFAD”ın məlumatına görə, Türkiyədə zəlzələdən zərər çəkmiş vilayətlərdən bu gün yerli vaxtla saat 11:38-ə qədər ümumilikdə 28 044 nəfər təxliyə edilib.

Qeyd olunub ki, sözügedən təxliyə prosesi avtomobil, dəmir və hava yolu vasitəsilə həyata keçirilib.



12:46 –
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Türkiyənin Kahramanmaraş şəhərində zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Bunu jurnalistlərə açıqlamasında FHN-in İctimaiyyətlə əlaqələr idarəsinin baş məsləhətçisi Turqay Abbaslı deyib.

O bildirib ki, Fövqəladə Hallar Nazirliyinin 725 nəfər şəxsi heyəti əraziyə cəlb edilib:

“Gələn heyətdən 41-i tibbi personaldır. Artıq bir neçə gündür Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını həyata keçirir. İndiyədək 8-i uşaq olmaqla 37 nəfəri sağ, 147 nəfərin meyiti isə dağıntılar altından çıxarılıb”.

Turqay Abbaslı qeyd edib ki, Azərbaycandan çoxlu sayda humanitar yardım, o cümlədən çadırlar, dərman preparatları Türkiyəyə gətirilib.

“Mobil səhra hospitalı Kahramanmaraşda qurulub və fəaliyyətə başlayıb”, – FHN əməkdaşı əlavə edib.


11:50 – AFAD: Şanlıurfada axtarış-xilasetmə işləri tamamlanıb. Qruplar işlərin davam etdiyi digər əyalətlərə göndərilib.


11:00

 



10:31 –
Tayvan Prezidenti Tsai İnq- Ven və vitse-prezident Uilyam Lai aylıq maaşlarını zəlzələ zamanı yardım olaraq Türkiyəyə bağışlayacaqlarını bildiriblər.



10:06 –
Türkiyə KİV-in məlumatına görə, Azərbaycan axtarış-xilasetmə qrupları Kahramanmaraşda baş verən zəlzələlərdə dağıntılar altında qalan 8-i uşaq olmaqla 37 nəfəri xilas edib.



10:00 –
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələ nəticəsində ölənlərin sayı 12 873, yaralıların sayı isə 62 937 nəfərə çatıb.



09:18 –
İskəndərun limanında yanğın 54 saatdır davam edir.


06:59 – Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 391 nəfərə çatıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 62 914 nəfər yaralanıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar baş verib. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə yol açıb.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər