Türkiyədə baş verən iki zəlzələ nəticəsində ölənlərin sayı 45 089 nəfərə çatıb. Bu barədə “Hürriyet” qəzeti Türkiyə Fövqəladə Hallar İdarəsinə istinadən məlumat yayıb.
Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığ vilayətlərində 45 min insan həyatını itirib.
Fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Bunun ardınca yüzlərlə zəlzələ olub. Fevralın 27-də Hatay vilayətində 6.4 və 5.8 bal gücündə daha iki zəlzələ qeydə alınıb. Dünya Bankı təbii fəlakət nəticəsində Türkiyəyə dəyən ziyanı 34.2 milyard dollar dəyərində qiymətləndirir.