18 C
Baku
Sunday, September 8, 2024

Türkiyədə zəlzələlərdə ölənlərin sayı 48 mini ötüb – Yenilənib

13:44

Türkiyədə zəlzələlərdə ölənlərin sayı 48 mini ötüb.

Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Onun sözlərinə görə, zəlzələlər nəticəsində 48 448 nəfər həlak olub.


09:14

Türkiyənin cənub-şərqində baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 48 minə çatıb, yaralananların sayı isə 115 mini keçib, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Fevralın 6-na keçən gecə Türkiyənin cənub-şərqində və Suriyada 7.7 bal gücündə zəlzələ baş verib. İki həftə sonra hər iki ölkədə yeni təkanlar qeydə alınıb. Türkiyədə yeni zəlzələlər nəticəsində 6 nəfər ölüb, 300-ə yaxın insan yaralanıb. Suriyada qeyri-rəsmi məlumata görə, 5 nəfər ölüb, 500-ə yaxın insan isə yaralanıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Dünya Bankının məlumatına görə, zəlzələlər nəticəsində Türkiyəyə 34.2 milyard dollar ziyan dəyib. BMT hesab edir ki, Türkiyəyə dəyən zərər 100 milyard dolları keçə bilər.

Son xəbərlər
Digər xəbərlər