12 C
Baku
Tuesday, May 7, 2024

Türkiyədə zəlzələdə ölənlərin sayı 47 mini ötüb

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 47 min nəfəri keçib.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Onun sözlərinə görə, təbii fəlakət zamanı 115 mindən çox insan yaralanıb.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7.7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7.6 maqnitudalı iki zəlzələ baş verib. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntıya və on minlərlə insan itkisinə səbəb olub.

MənbəModern.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər