Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 49 mini ötüb.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvəsində çıxışı zamanı bildirib.
“İnşallah, dost və qardaş ölkələrin dəstəyi ilə zəlzələnin fəsadlarını qısa zamanda aradan qaldıracağıq. Türk dünyası Türkiyənin çağırışına səs verən ölkələr arasında birincilərdən olub. Əziz millətimiz bu dəstəyinizi unutmayacaq”, – Ərdoğan qeyd edib.