22:00 – Türkiyədə yenidən zəlzələ baş verib. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Ərzurumda baş verən zəlzələnin 4.6 bal gücündə olduğu bildirilir. Yeraltı təkanlar yerli vaxtla saat 20:57-də qeydə alınıb.
19:00 – Türkiyədə zəlzələdə ölənlərin sayı 9057 nəfərə çatıb. Yaralı sayı 52 979 nəfərdir.
15:45 – Malatyada 5,3, sonra isə 4,8 bal gücündə daha iki zəlzələ baş verib.
14:52 – Türkiyədə zəlzələdə həlak olanların sayı 8574 nəfərdir.
Bu barədə Kahramanmaraşa səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O qeyd edib ki, zəlzələ nəticəsində 49 133 nəfər xəsarət alıb, 6 444 bina dağılıb.
12:36- Zəlzələdə ölənlərin sayı 7 108 nəfərə çatıb, 40 910 nəfər isə yaralanıb.
12:19 – Türkiyənin cənub-şərqində 5.1 bal gücündə yeni zəlzələ baş verib.
11:53 – Türkiyədə zəlzələdə ölənlərin sayı 6 957, xəsarət alanların sayı isə 38 224 nəfərə çatıb.
10:44 – Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 6234-ə çatıb, 37 011 nəfər isə yaralanıb.
Türkiyədə zəlzələdə ölənlərin sayı 5 894 nəfərə çatıb, 34 810 nəfər yaralanıb.
Bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.
Onun sözlərinə görə, zəlzələ nəticəsində 5 775 bina dağılıb.
“Dağıntılar altından 8 mindən çox şəxs sağ çıxarılıb. Axtarış-xilasetmə fəaliyyətlərimiz davam edir. Bu işlərə faktiki olaraq 6 218 nəfər təyin edilib və işləyir. Axtarış və xilasetmə qruplarına təxminən 1500 əlavə şəxs cəlb ediləcək”.
Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub