8 C
Baku
Monday, November 18, 2024

Türkiyədə zəlzələdə uçan binalarla bağlı ümumilikdə 120 nəfər həbs olunub

Türkiyədə zəlzələ nəticəsində uçan və ciddi zərər görən binalarla bağlı başlanılan cinayət işi üzrə ümumilikdə 400 nəfər şübhəli şəxs qismində istintaqa cəlb olunub.

Məhkəmə qərarı ilə 120 nəfər barəsində həbs, 112 nəfər barəsində həbsə alternativ qətimkan tədbiri seçilib, 39 nəfərin isə ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Digər saxlanılanlar barəsində istintaq hərəkətləri davam edir.

Bundan əlavə cinayət işində şübhəli bilinən 11 nəfərin vəfat etdiyi, 5 nəfərin isə başqa ölkədə olduğu müəyyən edilib.

Son xəbərlər
Digər xəbərlər