8 C
Baku
Monday, November 18, 2024

Türkiyədə zəlzələlərdən sonra zərərin qiymətləndirilməsi başa çatmaq üzrədir

Əsla təslim olmadıq, əsla ümidsizliyə düçar olmadıq. 7,7 və 7,6 bal gücündəki zəlzələlər dünyadan tayı-bərabəri olmayan təbiət hadisəsidir.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatayda keçirdiyi brifinqdə bildirib.

O, çətinliklərin baş verdiklərindən xəbərdar olduqlarını vurğulayıb. Ərdoğanın sözlərinə görə, dövlət və millət tam səfərbər olub.

“Millətimiz könüllü olaraq bu səfərbərliyə qoşuldu”, – Ərdoğan əlavə edib.

Ərdoğan, 6 mindən çox afterşokun baş verdiyini diqqətə çatdırıb.

Ərdoğan qeyd edib ki, Türkiyədə baş vermiş zəlzələlərdən sonra ümumi zərərin qiymətləndirilməsi başa çatmaq üzrədir.

Türkiyə Prezidenti vurğulayıb ki, gündəlik 2 milyon 400 min nəfərə isti yemək verilir.

Son xəbərlər
Digər xəbərlər