Türkiyə 2022-ci ilin yanvar-iyun aylarında Azərbaycana hazır geyim ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 23.1 faiz azaldaraq 4.6 milyon dollara çatdırıb.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
İyun ayında Türkiyə Azərbaycana hazır geyim ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 25.4 faiz artıraraq 29.4 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2022-ci ilin yanvar-iyun aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14.5 faiz artaraq 10.8 milyard dollara bərabər olub.