30 C
Baku
Wednesday, August 13, 2025

Türkiyədən Azərbaycana ixrac 10%-ə yaxın artıb

Türkiyənin sərhəd qonşuları olan Azərbaycan, Bolqarıstan, Gürcüstan, İran, İraq, Suriya və Yunanistana yanvar–iyul aylarında həyata keçirdiyi ixrac, ötən ilin eyni dövrü ilə müqayisədə 4% artaraq 15,6 milyard dollara yaxınlaşıb.

Bu barədə “Anadolu” agentliyi Türkiyənin Ticarət Тazirlirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, Türkiyə yanvar–iyul aylarında qonşuları Azərbaycan, Bolqarıstan, Gürcüstan, İran, İraq, Suriya və Yunanistana ümumilikdə 15 milyard 592 milyon 919 min ABŞ dolları dəyərində ixrac həyata keçirib. 2024-cü ilin eyni dövründə bu məbləğ 14 milyard 972 milyon 416 min dollar təşkil edirdi. Sözügedən ölkələrə ixrac illik müqayisədə 4% artıb.

Qeyd olunur ki, hesabat dövründə Türkiyənin ən çox ixrac etdiyi qonşu ölkə təxminən 5,7 milyard dollarla İraq olub. İkinci yerdə 2,6 milyard dollarla Bolqarıstan, üçüncü 2,1 milyard dollarla Yunanıstan və dördüncü yerdə 1,4 milyard dollarla Gürcüstan qərarlaşıb.

“Yanvar–iyul aylarında illik müqayisədə ən çox ixrac artımı 49,3% ilə Suriyaya, 11,5% ilə Yunanıstana və 9,5% ilə Azərbaycana qeydə alınıb”, – məlumatda bildirilir.

Qeyd edək ki, hesablamalarda Türkiyənin sərhəd qonşuları kimi Azərbaycan, Bolqarıstan, Gürcüstan, İran, İraq, Suriya və Yunanıstana dair məlumatlar toplanır. Naxçıvana dair rəsmi məlumat olmadığından, bu bölgə ilə ticarət hesablamalara daxil edilmir. Türkiyə ilə Ermənistan arasında isə quru yolu ilə birbaşa rəsmi ticarət aparılmır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər