10 C
Baku
Tuesday, November 26, 2024

Türkiyədən Azərbaycana komissiyasız pul köçürmələrinə başlanılır

“Turan” maliyyə tətbiqi Türkiyədən Azərbaycana bir neçə saniyə ərzində komissiyasız pul köçürmələrinə başlayıb.

Komissiyasız pul köçürmələri Türkiyədən Azərbaycandakı bütün kartlara təklif edilir.

Qeyd edək ki, 2022-ci ilin sonuna Türkiyədə 68 mindən çox Azərbaycan vətəndaşı yaşayır. Bu vətəndaşların ən mühüm problemlərindən biri ölkələrinə pul köçürmələri prosesində yaranan çətinliklərdir. Tətbiq bu addımla həmin şəxslər üçün rahat ödəmə imkanı yaradacaq.

Xatırladaq ki, “Turan” maliyyə tətbiqi Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan kimi türkdilli dövlətlərdə də fəaliyyət göstərməyi hədəfləyir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər