10 C
Baku
Saturday, November 23, 2024

Türkiyədən Azərbaycana pul köçürmələr 30% artıb

Cari ildə Türkiyə Respublikasından Azərbaycan əhalisinə pul köçürmələrinin həcmi 30 faiz artıb.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Mərkəzi Bankın məlumatına əsasən, 2023-cü ilin ilk 9 ayı ərzində Azərbaycana Türkiyədən daxil olmuş fiziki şəxslərin pul baratlarının həcmi 115.74 milyon ABŞ dolları təşkil edib.

Ötən ilin müvafiq dövründə 89.15 milyon dollar pul köçürülmüşdü.

Azərbaycandan Türkiyəyə köçürülmüş fiziki şəxslərin pul baratları isə 22 faiz azalaraq 103.76 milyon manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər