7 C
Baku
Friday, November 8, 2024

Türkiyədən Azərbaycana pul köçürmələri 1-ci yarımildə $82 milyonu keçib

Azərbaycandakı əhaliyə Türkiyədən pul köçürmələrinin həcmi cari ilin ilk yarımilində 82 milyon 293 min ABŞ dolları olub.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Azərbaycana Türkiyədən daxil olmuş fiziki şəxslərin pul baratlarının həcmi illik müqayisədə 11 milyon 619 min və ya 16% çoxdur.

2023-cü ilin birinci yarısında pul köçürmələrinin həcmi 70 milyon 674 min dollar olub.

Azərbaycandan Türkiyəyə köçürülmüş fiziki şəxslərin pul baratları illik müqayisədə  11 milyon 945 min dollar və ya 18.5% artımla 76 milyon 624 min manata yüksəlib.

Ötən ilin analoji dövründə Türkiyəyə pul köçürmələri 64 milyon 679 min dollar olmuşdu.

Beləliklə, Azərbaycana Türkiyədən daxil olan pul köçürmələri ora köçürmələri 5 milyon 669 min dollar üstələyib.

Son xəbərlər
Digər xəbərlər