Bu il Bakıya daha 320 ədəd avtobus gətiriləcək.
“Report” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, 170 ədədi 9, 150-si isə 12 metrlik olacaq avtobuslar Türkiyənin “BMC Otomativ Sənaye Ticarət” şirkətinin istehsalıdır. Avtobuslara sınaq baxışı keçirilməsi məqsədi ilə BNA-nın nümayəndə heyəti qardaş ölkənin İzmir şəhərinə səfər edib. Səfər çərçivəsində Agentliyin İdarə Heyətinin sədri Vüsal Kərimli adı çəkilən şirkətin baş icraçı direktoru Murad Yalçıntaşla görüşüb.