Bu gün Türkiyədən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə Rusiyaya hərəkət edəcək və yerli istehsal olan məişət texnikası daşıyacaq ilk ixrac qatarı yola çıxır.
Bu barədə türk mətbuatına istinadən xəbər verilir.
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi bildirib ki, 15 vaqonluq ixrac qatarı BTQ ilə 4 650 km yol qət edərək 8 günə Rusiyanın paytaxtı Moskvaya çatacaq.
Bundan başqa, nazirlik Çin istiqamətində də yeni ixrac qatarının yola çıxacağını bildirib. Qatar 12 gün ərzində Çinin Sian şəhərinə çatacaq.