1 C
Baku
Saturday, December 14, 2024

Türkiyədən gəlmiş mütəxəssislər yerli baytarlara təlim keçir

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin ( AXA ) baytarlıq mütəxəssislərinə Türkiyənin “Vetal Hayvan Sağlamlığı Ürünleri” şirkətinin ixtisaslı nümayəndələri və İstanbul Universitetinin Sağlamlıq elmləri üzrə mikrobioloq-professoru Mustafa Hasöksüz tərəfindən təlimlər keçirilir. Təlimlərin keçirilməsində məqsəd Türkiyədən alınmış baytarlıq preparatlarının heyvanlarda tətbiqinə dair müasir peyvəndləmə üsulları barədə bilgilər verməkdir. 

Banker.az xəbər verir ki, tədbirdə çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, son illərdə kənd təsərrüfatının bütün sahələrində olduğu kimi, baytarlıq sahəsində də köklü dəyişikliklər aparılıb. Baytarlıq xidmətləri sahəsində sağlam rəqabət yaradılmasını təmin etmək məqsədilə gənc mütəxəssislərin bilik və bacarıqlarının artırılması, xüsusi təhlükəli xəstəliklərə qarşı tətbiq olunan preparatların keyfiyyətinin daha da yaxşılaşdırılması, həmçinin göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Türkiyədən alınmış  baytarlıq preparatlarının heyvanlar üzərində  müasir profilaktik peyvəndləmə üsullarının tətbiqi ilə bağlı bilgilərin verilməsi, baytarlıq mütəxəssislərinin peşəkarlığının artırılması üçün keçirilən təlimlər böyük əhəmityyət kəsb edir. 

“Vetal Hayvan Sağlamlığı Ürünleri” şirkətinin rəhbəri AbdullahTutak əməkdaşlığa görə Kənd Təsərrüfatı Nazirliyinə təşəkkürünü  bildirərək qeyd edib ki,  nazirliyə təqdim olunmuş vaksinlərin müasir metodlarla tətbiqi heyvan xəstəliklərinə qarşı mübarizədə böyük effekt verəcək.  

İstanbul Universitetinin sağlamlıq elmləri üzrə mikrobioloq-professoru Mustafa  Hasöksüz “Vetal Hayvan Sağlığı Ürünleri” şirkəti olaraq 20 illik səmərəli təcrübəni bölüşməkdən məmnun olduğunu deyib. 

Təlim iştirakçılarına “Qarayara (34F2 ştammı) və nodulyar dermatit xəstəliklərinə qarşı peyvənd vasitələrinin (Neetling ştammı) yaranma tarixi və təsnifatı”, həmçinin “Müasir profilaktik peyvəndləmə üsulları”, “Genetik olaraq hazırlanmış və rekombinant peyvəndlər”, “Canlı və inaktiv peyvəndlərin tətbiqi” və “Heyvanların bəslənməsində müasir texnologiyalar” mövzularında bilgilər verilib. 

Təlimlərdə baytarlarla fikir mübadiləsi, həmçinin gələçəkdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb. 

Təlimdə 64 rayonun baytarlıq idarələrinin mütəxəssisləri iştirak edir. 

KNYZ3946 KNYZ3988 KNYZ3928 KNYZ3914

Son xəbərlər
Digər xəbərlər