Rusiya Türkiyədən 316,8 min ədəd yumurta idxal edib.
Bu barədə Rosselxoznadzor məlumat yayıb.
Bildirilib ki, Türkiyədən yumurtanın ilk partiyası Rusiyaya idxal edilib.
Qeyd edək ki, Rusiyada toyuq yumurtası ilə bağlı problem yaşanır. Ölkədə ötən ilin sonundan yumurtanın qiyməti kəskin bahalaşıb. Belə ki, ərzaq mağazalarında yumurtanın 10 ədədinin qiyməti 120 rubldan yuxarı qiymətə satılır. Rusiya hökuməti problemi həll etmək üçün Türkiyə və Azərbaycandan yumurta idxal etməyə qərar verib. Artıq Azərbaycandan üç partiya yumurta idxal edilib.