Valyutadakı hərəkətliliyi izah edə bilmirik. Ağlımız kəsmir.
Bunu Türkiyənin “Garanti Bankası”nın Baş direktoru Ali Fuat Erbil özəl kanallardan birində valyutadakı hərəkətliliyi şərh edərkən deyib.
“Bu dalğalanma başqa təsirlər ilə bağlıdır. Dünyada qlobal sistemdə bir sıra daşlar yerindən oynayır. İş qaydalarında ciddi dəyişikliklər olur. Bir ölkəyə investisiya yatıran zaman ilk növbədə onun maliyyə vəziyyətinə baxılır. Bizim ölkəmizin borcu nədir? Dövlətin borcu müəyyən meyarlardan çox aşağıdır, ÜDM-in 30%-dən belə azdır. Bu çox aşağı faizdir. İkincisi, büdcə kəsiri. Böyüyürük. Son zamanlarda ciddi mənada müdafiə xərcimiz var. Bunlara baxmayaraq Türkiyənin dövlət büdcəsi kəsiri keçən il 1,5% təşkil edib. Bunlar qəbul edilən rəqəmlərdən çox-çox aşağıdır. İkincisi banklar. Türkiyənin bankçılığı çox dəyişib. Çox güclü bir sektorumuz var. Gəlirlərimiz yaxşıdır. Bankla bağlı da bir çətinlik yoxdur. Hazırda bankların yaradacağı ümumi likvidlik qısa müddətdə 100 milyard dollara yaxındır. Yarısı onsuz da xaricdə olan müştərilərinin əmanətləridir. Cari kəsirin çox daha pisini gördük ki, indi onun yarısındayıq. Cari kəsir düşəcək. Məzənnələr yüksəlib. Bu, istər-istəməz cari kəsiri aşağı salacaq”, – deyə Erbil bildirib.
– MARJA