İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Makine ve Kimya Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətini dövlət qeydiyyatına alıb.
Banker.az xəbər verir ki, yeni MMC-nin nizamnamə kapitalı 1 000 000 manatdır və qanuni təmsilçisi Türkiyə Respublikasının vətəndaşı Keleş İlhamidir.
Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 103, Saner Plaza, 9-cu mərtəbədir.