11 C
Baku
Monday, November 25, 2024

Türkiyəli iş adamları Azərbaycanda indiyə qədər 5 700 şirkət yaradıb

İndiyə qədər Türkiyə əsilli iş adamları Azərbaycanda təxminən 5 700, Azərbaycan əsilli iş adamları isə Türkiyədə 2800 şirkət yaradıb.

Bunu Türkiyənin ticarət naziri Ömər Bolat Bakıda keçirilən, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda bildirib.

“Ölkəmizdəki Azərbaycan şirkətləri emal, inşaat, təhsil, daşınmaz əmlak, səhiyyə, topdan və pərakəndə ticarət, logistika və mədənçilik kimi çox çeşidli sahələrdə fəaliyyət göstərir”, – deyə o qeyd edib.

Bundan başqa, nazir deyib ki, 2021-ci ildə Azərbaycandan Türkiyəyə 470 618, 2022-ci ildə 683 834 turist gəlib: “2023-cü ilin 10 ayına isə bu rəqəm 717 265 olub”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər