Azərbaycanın iri alkoqolsuz içki istehsalçısı “Pepsi Bottlers Azerbaijan”ın ( “Mars Overseas Baku LTD” MMC) baş icraçı direktoru dəyişib.
Banker.az-ın şirkətə yaxın mənbədən əldə etdiyi məlumata əsasən, Emre Yavuz şirkətə baş icraçı direktor təyin edilib.
O, bu vəzifədə Gündüz Haqverdiyev İlqar oğlunu əvəz edib.
E.Yavuz 2017-ci ilin yanvarından Dubaydakı “Royal Swinkels Family Brewers” şirkətinin regional rəhbəri vəzifəsində çalışırdı.
Bununla belə, onun “Pepsi”də təcrübəsi var. O, 2006-2009-cu illərdə Türkiyədəki “PepsiCo”da çalışıb.
Şirkətin əvvəlki icraçı direktoru Gündüz Haqverdiyev isə 2023-cü ilin üçüncü rübündə şirkətin rəhbəri təyin edilmişdi.
Xatırladaq ki, “Mars Overseas Baku LTD” 1998-ci ildə yaradılıb və 45.18 mln. manat nizamnamə kapitalı var.