14 C
Baku
Saturday, November 23, 2024

Türkiyəli mütəxəssis SOCAR-ın Karbamid zavodunun rəhbəri təyin edilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Karbamid” Zavoduna direktor təyin edilib.

Banker.az-ın əldə etdiyi məlumata görə, zavoda 2023-cü ilin üçüncü rübündən etibarən türkiyəli mütəxəssis Kutay Durna rəhbərlik edəcək.

O, bu vəzifədə Xəyal Cəfərov Vilayət oğlunu əvəz edib. Xəyal Cəfərov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru vəzifəsinə təyin olunub.

Kutay Durna bundan öncə “İGSAŞ İstanbul Gübre Sanayii A.Ş.”-də zavod direktoru olub.

2019-cu ildə fəaliyyətə başlamış Karbamid Zavodu azot gübrəsi idxalından asılılığın aradan qaldırılmasında, yerli fermerlərin tələbatının ödənilməsində mühüm rol oynayır. Zavodda istehsal olunan məhsullar “Made in Azerbaijan” brendi ilə 15-dən çox ölkəyə ixrac edilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə ixracın həcmi  360 077 tona çatmaqla ümumilikdə $209.72 mln. ölkəyə valyuta daxil olub.

Son xəbərlər
Digər xəbərlər