2 C
Baku
Saturday, December 14, 2024

Türkiyəli nazir istefa xəbərini təkzib etdi

Türkiyənni xəzinə və maliyyə naziri Mehmet Şimşək haqqında yayılan istefa xəbərlərinə cavab verib.

Sosial media hesabında paylaşım edən nazir istefa xəbərlərini təkzib edib.

“İstefa etmədim, yayılan ssenarilər doğru deyil. Bu çətin prosesdə Prezidentimizin güclü dəstəyini hər zaman hiss edirik. İqtisadiyyatımızın və bazarlarımızın uydurma hekayələrdən təsirlənməsinə əsla icazə verə bilmərik. Görünür, verilən rəsmi açıqlamalar yetərli deyildi, icazə verin, bura yazım! Mən istefa verməmişəm. Yayılan ssenarilər həqiqətə uyğun deyil. İqtisadiyyat idarəsi komanda ruhu ilə işləyir. Üzərimizə düşən böyük və çətin məsuliyyətin fərqindəyik. Bu məsuliyyəti dərk edərək, iqtisadi sabitliyə və islahatlara hər gün nail olmaq üçün çalışırıq”, – deyə Şimşək qeyd edib.

Son xəbərlər
Digər xəbərlər