Türkiyədə 2009-cu ildən yaradılmış “Apti” platforması Azərbaycanda da fəaliyyətə başlayır.
Bu barədə Banker.az-a daxil olan məlumatda bildirilir.
Belə ki, Türkiyədə fəaliyətdə olan “Apti Online Site, Apartmanı and Plaza Management Technologies” A.Ş.-nin Azərbaycanda törəmə şirkəti təsis edilib. Şirkətin sahibi Ali Emre Erişendir və Bakıda təsis edilən “Apti” MMC-nin rəhbəridir.
Şirkət Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli ev.219, MZ plaza m.32 ünvanında dövlət qeydiyyatına alınıb.
Bakıda təsis edilən “Apti” MMC-nin nizamnamə kapitalı 10 000 manatdır.
“Apti” — kommunal yaşayış yerlərində yaşayan sakinləri və üzv iş yerlərini idarə edən süni intellektə əsaslanan platformadır.