11 C
Baku
Monday, November 25, 2024

Türkiyənin 13 bankı kreditlərdən düzgün istifadə etmədiyinə görə cərimələndi

Türkiyə Bank Tənzimlənməsi və Nəzarəti Agentliyi (BDDK) 13 banka 50 min TL cərimə tətbiq edib.

Banker.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, buna səbəb kreditlərin düzgün istifadə olunmaması, bəzi fiziki və hüquqi şəxslərin kredit götürdükdən sonra zərurətdən artıq müxtəlif məhsullara, xüsusilə kriptovalyutaya pul xərcləməsi olub. İdarə Heyəti belə qərara gəlib ki, banklarda bəzi daxili audit mexanizmləri vaxtında yaradılmayıb. BDDK, lazımi tədbirləri vaxtında ala bilməyən banklara 50 min TL cərimə tətbiq edib.

Bildirilib ki, cərimənin əsas səbəbi valyuta və ya kripto aktivlər üçün kreditlərin istifadə olunması deyil, bankların burada daxili nəzarət mexanizmini vaxtında qurmaması olub.

Son xəbərlər
Digər xəbərlər