22 C
Baku
Thursday, April 18, 2024

Türkiyənin 3 şəhərindən Azərbaycana ixrac 800 milyon dolları ötüb

2019-cu ilin yanvar-oktyabr aylarında İstanbul, Ankara və İzmirdən Azərbaycana ixracın həcmi 891,045 milyon dollar təşkil edib.

Bu barədə  Türkiyənin Ticarət Nazirliyindən bildiriblər.

Hesabat dövründə İstanbuldan Azərbaycana ixracın həcmi 732,384 milyon dollar (2018-ci ilin analoji dövrü ilə müqayisədə 17,95 faiz çox), Ankaradan ixracın həcmi 104,716 milyon dollar (9,42 faiz çox), İzmirdən ixracın həcmi isə 53,945 milyon dollar (5,3 faiz çox) olub.

Nazirlikdən bildiriblər ki, 2019-cu ilin oktyabr ayında bu şəhərlərdən Azərbaycana ixrac 108,869 milyon dollara bərabər olub.

Ötən ay ərzində İstanbuldan Azərbaycana ixracın həcmi 95,338 milyon dollar (2018-ci ilin oktyabrı ilə müqayisədə 46,39 faiz artım), Ankaradan ixracın həcmi 8,214 milyon dollar (12,65 faiz azalma), İzmirdən ixracın həcmi isə 5,317 milyon dollar (9,94 faiz azalma) təşkil edib.

Ümumilikdə, 2019-cu ilin yanvar-oktyabr aylarında Türkiyədən Azərbaycana ixrac ötən illə müqayisədə 7,53 faiz artaraq 1,272 milyard dollara bərabər olub.

Son xəbərlər
Digər xəbərlər